Seysmik tədqiqatların səmərəliliyini artırmaq məqsədi ilə müasir avadanlıqlar alınıb
Geofizika və Geologiya İdarəsinin texniki maddi-texniki bazası gücləndirilib
ARDNŞ-nin mühüm struktur vahidlərindən olan Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi, tətbiq edilən texnika və texnologiyaların dünya standartlarına uyğun yeniləşdirilməsi üçün tədbirlər görülüb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il seysmik tədqiqatların, mədən geofizikası işlərinin səmərəliliyini artırmaq məqsədi ilə müasir tələblərə cavab verən yeni avadanlıqlar alınıb, nəticədə Geofizika və Geologiya İdarəsinin potensialı qat-qat artıb.
2009-cu ildə Geofizika və Geologiya İdarəsinə Hollandiyanın “ASEP” firmasına məxsus 5 ədəd stasionar geofiziki qaldırıcı qurğu, Rusiya istehsalı olan 5 dəst “LEUZA-2” və 4 dəst “Rubin” tipli qazmaya geoloji-texnoloji nəzarət stansiyası, 5 dəst “KEDR” stansiyası, 8 ədəd “İNK-7” quyu cihazı, 5 ədəd “E-35” quyu cihazı, Çin istehsalı olan 17 ədəd “HSDPA modem Novatel Wireless Oviation MC-950 D” tipli naqilsiz rabitə sistemi alınıb. Bu cihaz və avadanlıqlar Geofizika və Geologiya İdarəsi tərəfindən “Bulla dəniz”, “8 Mart”, “Ümid”, “Günəşli”, “Pirallahı” və “Ələt-Dəniz” sahələrində uğurla tətbiq edilir. Bu texniki vasitələrlə aparılan işlər geofiziki tədqiqatların səviyyəsini xeyli yüksədib, karotaj-ölçü vaxtlarına qənaət edilməsinə şərait yaradıb.
Bundan başqa, ötən il Geofizika və Geologiya İdarəsinin Mədəngeofizika İdarəsi üçün geofiziki tədqiqatlar zamanı quyuağzının hermetikliyini yüksək dərəcədə təmin etməyə imkan verən iki dəst 350 atmosferə davamlı yeni ULQ-65x35 tipli lubrikator alınıb. Artıq həmin avadanlığın “Qalmaz” yeraltı qaz anbarındakı 622 nömrəli quyuda tətbiqinə başlanıb və qənaətbəxş nəticə əldə olunub.

772