Bakıya qar yağır: şəhər donub
05 fevral 2010 16:30 (UTC +04:00)

Bakıya qar yağır: şəhər donub

Fevralın 4-dən 5-nə keçən gecədən başlayaraq paytaxt Bakı da daxil olmaqla Azərbaycana qar yağıb. Lent.az-ın xəbərinə görə, bir neçə gün əvvəlki qardan fərqli ollaraq indi çovğun da müşahidə olunur.

Qar Bakı sakinlərinin kefinə əməlli-başlı soğan doğrayıb. Hazırda paytaxt sakinlərinin bir qismi elektrik enerjisindən, bir qismi isə qazın olmamasından əziyyət çəkir. Yollarda gediş-gəliş çətinləşib. Şəhər yollarında avtobus və avtomobillərin sayında azalma olsa da bəzi yerlərdə hətta tıxac yaranıb. Yüngül qəzalar da qeydə alınıb. Şəhərin bəzi yolları isə ümumiyyətlə bağlanıb.

Bakıdakı Heydər Əliyev adına Beynəlxalq Aerorport fəaliyyətini saxlayıb. Rayonlararası işləyən dəmiryol qatarlarının isə hərəkətində gecikmə və fasilələr yaranıb.

Sinoptiklərin məlumatına görə, qhava növbəti iki-üç ərzində belə olacaq. Hazırda Bakıda güclü küləklə müşahidə olunan qar yağmaqda davam edir...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar