Vahid məktəbli geyimi müəyyənləşdi
03 fevral 2010 14:00 (UTC +04:00)

Vahid məktəbli geyimi müəyyənləşdi

2008-ci ildə Bakı Şəhər Təhsil İdarəsinin irəli sürdüyü və Təhsil Nazirliyi tərəfindən dəstəklənən ideya, artıq vahid məktəbli formasına keçidlə nəticələnir. İki il əvvəl təhsil ictimaiyyəti, şagird və valideynlər tərəfindən dəstəklənən bu ideya hazırda Azərbaycanın bütün məktəblərində tətbiq olunur.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, 2010-2011- ci tədris ili Bakının bütün ümumtəhsil məktəblərində vahid məktəbli geyiminin tətbiqi ili olacaq. Onun sözlərinə görə, hazırda geyimlərin tikiş prosesi gedir. Vahid məktəbli geyiminin tətbiqinə isə bu ilin may ayından start veriləcək.

Zəminə Əliqızı bildirib ki, ilkin mərhələdə paytaxt məktəblərinin ibtidai sinifləri (I - IV siniflər) vahid formaya keçəcəklər. Növbəti mərhələlərdə isə V – IX və X – XI siniflər üçün hazırlanan geyimlərə keçiləcək. Onun sözlərinə görə, geyimlər Bakının hər bir rayonunda təşkil olunan satış mərkəzlərində satılacaq.

Məktəblərin I – IV siniflərində tətbiq olunacaq geyimlər şəkillərlə təqdim olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar