Məzunların 30 faizdən çoxunun biliyi “2”yə layiqdir
Ötənilki qəbul imtahanlarında bəzi göstəricilər üzrə nəticələrin aşağı düşməsini Təhsil Nazirliyi də təsdiqləyir
Orta məktəblərdə təhsilin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakıda 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Zona müşavirəsində Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Bakının Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal rayonlarının, eləcə də Şuşa, Zəngilan, Xocalı, Xocavənd məktəblərinin direktor və müəllimləri iştirak edib.
Lent.az-ın məlumatına görə, müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrindən narazı qaldığını söyləyib. Nazir deyib ki, TQDK-nın imtahandan sonra hazırladığı elmi-statistik təhlillər orta məktəblərdə təhsilin səviyyəsinin qənaətbəxş olmadığını göstərir. Nazir müşavirədə iştirak edən təhsil işçilərini, xüsusən də məktəb direktorlarını bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb.
“Əsas narahatlıq doğuran məsələlərdən biri builki qəbul imtahanlarında bəzi göstəricilər üzrə nəticələrin ötən illərdən aşağı olmasıdır. Bunun səbəbləri araşdırılmalıdır. Biz hamımız istəyirik ki, Azərbaycanda təhsili yüksək səviyyədə olsun. TQDK və Təhsil Nazirliyi bir istiqamətə qulluq edən dövlət qurumlarıdır. Amma məktəb rəhbərləri də bu məsələyə ciddi fikir verməli, nöqsanların aradan qaldırılması üçün yollar tapmalıdır” –deyə, Misir Mərdanov qeyd edib.
TQDK sədri Məleykə Abbaszadə isə məruzəsində ötən qəbul imtahanlarının nəticələri barədə geniş məlumat verib. O, qeyd edib ki, ötən il Bakının orta ümumtəhsil məktəblərini 25244 şagird bitirib, onların 23005 nəfəri attestat alıb. Attestat alanların 93,48 faizi qəbul imtahanlarında iştirak edib. İmtahanın nəticələrinə əsasən paytaxtın 9030 məzunu (imtahanda iştirak edən məzunların 41,99 faizi) tələbə adını qazanıb.
Məleykə Abbaszadə bildirib ki, ötən il keçirilən qəbul imtahanlarında abituriyentlərin çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Onun sözlərinə görə, Bakı məktəblərinin məzunlarının qəbul imtahanlarında topladığı ota bal 241.044 olub. Bu isə ölkə üzrə orta göstəricidən 13,7 faiz yuxarıdır.
Bununla belə, ötən ilki imtahanlarda Bakının attestat qiymətləri “əla” olan abituriyentlərindən 9,74 faizi qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. Məleykə Abbaszadənin fikrincə, məzunların 30 faizdən çoxunun biliyi ənənəvi qiymətləndirmə ilə “2”yə layiqdir.
Elxan SALAHOV

423