Bakı məktəblərində SMS-gündəliklər tətbiq olunacaq
Layihənin bu tədris ilində, ən geci növbəti dərs ilinin əvvəlində tətbiq olunacağı nəzərdə tutulur
Yaxın vaxtlarda Bakının bir neçə təhsil müəssisəsində SMS-gündəlik layihəsi tətbiq olunacaq. Pilot şəklində həyata keçiriləcək layihəyə 5 pilot məktəb qoşulacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, pilot layihəyə qoşulan təhsil müəssisələri müəyyənləşib. Həmin məktəblər Bağça – Məktəb – Lisey Kompleksi, 5, 62, 204 və 239 nömrəli məktəblərdir. Onun sözlərinə görə, məktəblərin seçilməsində Valideyn - Müəllim Assosiasiyasının (VMA) fəaliyyət göstərməsi də nəzərdə tutulan amil olub.
Zəminə Əliqızı bildirib ki, layihənin nə vaxt start götürəcəyi hələ tam dəqiqləşməyib. Amma SMS-gündəliklərin bu tədris ilində, ən geci növbəti dərs ilinin əvvəlində tətbiq olunacağı nəzərdə tutulur. Layihəyə əsasən, şagirdlərin qiymətləri gündəlik olaraq SMS vasitəsilə valideynlərinə çatdırılacaq. Lakin bu, məcburi deyil. Valideynlər könüllü olaraq qarşılıqlı müqavilə əsasında layihəyə qoşula biləcəklər. İlkin məlumata görə, xidmət üçün aylıq ödəniş haqqı 5 manat məbləğindədir.
Elxan SALAHOV

523