Lənkəranda uşaq ölümü azalıb
02 fevral 2010 17:00 (UTC +04:00)

Lənkəranda uşaq ölümü azalıb

Ötən il Lənkəranda yeni doğulmuşların sayı 3548 nəfər olub. Bu da 2008-ci illə müqayisədə 376 uşaq çoxdur. Bu barədə Lent.az-ın bölgə müxbirinə Lənkəran rayon Səhiyyə şöbəsinin rəis müavini Əbülfət Əliyev məlumat verib. “1 yaşadək uşaq ölümünün sayı isə 2009-cu ildə 16-ya çatıb. Bu, 2008-ci ilin göstəricisindən 2 nəfər azdır. Ötən il Lənkəranda Perinatal Mərkəzin fəaliyyətə başlaması üzləşdiyimiz fəsadların aradan qalxmasına xeyli yardım edib” - deyə, Ə.Əliyev vurğulayıb.

2009-da ölən 1 yaşadək uşaqların 4-ü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Ə.Əlyev bildirib ki, son illər rayonda yeni doğulan oğlan uşaqlarının sayı da qızlara nisbətən artıb: “Ultrasəslə müayinə aparatları sayəsində doğulacaq uşaqların oğlan və ya qız olması öyrənilir. Əsasən oğlan uşaqlarına üstünlük verilir”.

Pərvanə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar