Gəncədə çörək sexlərinə reydlər keçirilib
02 fevral 2010 14:00 (UTC +04:00)

Gəncədə çörək sexlərinə reydlər keçirilib

Sexlərin əksəriyyətinin sanitar-gigiyenik normalara cavab vermədiyi aşkarlanıb

Bu gün Gəncədə çörək bişirmə sexlərinə reydlər keçirilib. Reydləri Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları həyata keçirib.

Yoxlamalarda əsas diqqət çörəyin hazırlandığı məhsulların, obyektlərdəki şəraitin sanitar gigiyenik normalara cavab verib-verməməsinə, eləcə də hazır məhsulun satışında lazımi qaydalara riayət olunub-olunmadığına yönəldilib.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kərim Rəhimovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, əksər obyektlərdə neqativ hallar aşkarlanıb. Əsasən tikililərin çörək bişirmə sexinin fəaliyyəti üçün yetərsiz olduğu məlum olub. Çörəklərin gigiyenik normalara uyğun şəraitdə satılmadığı da xoşagəlməz hallar sırasındadır. Obyekt sahiblərinə xəbərdarlıq edilib. Reydlər davam edəcək.

Gəncədə ümumilikdə 26 çörək sexi fəaliyyət göstərir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar