Gəncəli gənclər 158 qızıl medal qazanıb
Bu medallardan 14-ü beynəlxalq yarışlarda əldə edilib
2 fevral Gənclər günü Gəncədə tədbirlə qeyd olunub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində düzənlənən tədbirdən öncə məktəblilərin rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Ardından 2 fevral Gənclər gününün təsis edilməsindən, mahiyyətindən, Gəncəli gənclərin uğurlarından geniş bəhs edilib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynov çıxışında vurğulayıb ki, təkcə 2009-cu ildə gənclərlə bağlı 129 tədbir keçirilib. Gənclər bu tədbirlərdə fəal iştirak edib. Ötən il gənclər Gəncədə idman sahəsinin inkişafına və töhfələr verib. İdmançılar müxtəlif yarışlarda 158 qızıl, 382 gümüş və bürünc medal qazanıb. Qızıl medallardan 14-ü, gümüş medallardan 8-i, bürünc medallardan isə 6-ı dünya, eləcə də Avropa miqyaslı yarışlarda əldə edilib.
Tədbirin davamında idmançıların nümunəvi çıxışları sərgilənib, konsert proqramı nümayiş etdirilib.
Vüsalə Cənnətova

459