Yararsız mallar satışdan çıxarılıb - SİYAHI
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq zamanı
Bakıda şəhərində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb.
Bakının Binəqədi rayonunda
Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 1 ünvanında yerləşən “Bizim market”də;
Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 76 ünvanında “Mehriban market”də;
Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 16 ünvanında Ramin Rəhimova məxsus mağazada;
Nərimanov rayonunda
H.Əliyev küçəsi, ev 100 ünvanında yerləşən “Dərnəgül market”də;
H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Paterson market”də;
Aşıq Molla Cümə küçəsi, ev 15B ünvanında yerləşən “Naf market”də;
Atatürk prospekti, 47 ünvanında “Ordubad market”də;
Atatürk prospekti, 2A ünvanında “Qurman Plyus” MMC-yə məxsus “Çariçino market”də
ümumi çəkisi 180 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb. Kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, düyü, qəhvə və digər məhsullardan ibarət mallar satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
Elxan SALAHOV

933