Müharibəsi iştirakçılarının pensiyası 30 manat artırılıb
01 fevral 2010 15:30 (UTC +04:00)

Müharibəsi iştirakçılarının pensiyası 30 manat artırılıb

Bu artım yanvar ayında 1941-1945-ci illər müharibəsinin veteranların hesablarına köçürülüb

Böyük Vətən Müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım prezident İlham Əliyevin 22 iyun 2009-cu il tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram”ın təsdiq edilməsi haqqında sərəncamı çərşivəsində həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, proqramda DSMF-a 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə təkliflərin verilməsi barədə tapşırıq verilmişdi. Bu tapşırığa uyğun olaraq, hazırlanan təkliflər “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər və əlavələr sırasında yer almışdı. Ölkə başçısının təsdiq etdiyi dəyişikliklər və əlavələr 2010-cu il yanvarın 1-dən qüvvəyə minib.

Elman Babayev bildirib ki, artıq DSMF tərəfindən artımın şamil olunduğu şəxslərə çatdırılması yanvar ayı üzrə həyata keçirilib. Bu artımın maliyyələşməsi üçün müvafiq vəsaitlər fondun büdcəsində öz əksini tapıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar