Milli Televiziya və Radio Şurasının səlahiyyəti artırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İctimai Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi barədə fərman verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.
Fərmanda o da qeyd olunur ki, Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən edilməlidir.
Qeyd edək ki, qanun layihəsinin parlamentə təqdim olunmuş ilkin variantında dünya ölkələrinin ən yaxşı seriallarının da Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması nəzərdə tutulsa da, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli həmin vaxt buna etirazını bildirib, yerli teleserialların çəkili üçün digər telekanallar kimi İctimai Televiziyaya da böyük məbləğdə vəsait ayrıldığını qeyd edib. Bu etiraz nəzərə alınıb və parlamentdə qəbul olunmuş son variantda teleseriallar çıxarılıb.

Oxşar yazılar

Xaricdə təhsil adı altında insanları necə aldadırlar? - VİDEO
16 may 2025 , 05:08
Dayanacaq tapa bilmirəm deyib, müştəridən əlavə pul alırlar - ŞİKAYƏT
16 may 2025 , 00:19
Mayın 20-nə qədər çox şanslı olacaq BÜRCLƏR: Siyahıda kimlər var?
16 may 2025 , 00:02
Sabahın tibbi-meteoroloji PROQNOZU
15 may 2025 , 18:52Böyük dəyişikliklərin astanasında olan 4 BÜRC: Kim yeni həyata hazır olmalıdır?
15 may 2025 , 18:38Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi
15 may 2025 , 17:41
Bülənt Ersoyun sərvəti açıqlandı – Mirası onlara bağışlayır
15 may 2025 , 15:36