"Azərbaycanın su ehtiyatları 15 faiz azalıb" - Nazirdən XƏBƏRDARLIQ
04 dekabr 2019 11:11 (UTC +04:00)

"Azərbaycanın su ehtiyatları 15 faiz azalıb" - Nazirdən XƏBƏRDARLIQ

"Su qıtlığı ilə üzləşməmək üçün suya qənaət olunmalıdır".

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib.

Nazir bildirib ki, suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahədə çətinliklər var: "Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70%-i  sərhədlərimizdən kənarda formalaşır. Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq  normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. 

Nazir qeyd edib ki, ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək  üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180
avatar

Oxşar yazılar