Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistana rəsmi səfər edib. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Pakistanın dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 19-dək davam edəcək.