Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda səfir Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.