Zakir Həsənov Müdafiə Universitetində olub
04 noyabr 2015 16:05 (UTC +04:00)

Zakir Həsənov Müdafiə Universitetində olub

0

Qazaxıstan Respublikasına rəsmi səfəri davam edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Müdafiə Universitetində olub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Qazaxıstanın Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub.

General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub. Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar