YAP Rusiya-Ermənistan hərbi əməkdaşlığına münasibət bildirdi
17 yanvar 2013 19:13 (UTC +04:00)

YAP Rusiya-Ermənistan hərbi əməkdaşlığına münasibət bildirdi

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov Rusiya prezidenti Vladimir Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək barədə sərəncam imzalamasına münasibət bildirib.


APA-nın məlumatına görə, Ə.Əhmədov bildirib ki, müəyyən mənada Rusiyanın bu addımında yeni heç nə yoxdur.

 

Onun sözlərinə görə, Rusiya ilə Ermənistan hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb, Rusiyanın hərbi qüvvələri Ermənistanın ərazisində yerləşir, hətta bu dövlətin sərhədlərini rus sərhədçiləri qoruyur: “Rusiyanın mütəmadi olaraq Ermənistanı silahlandırması da yeni deyil. Görünür, son sərəncamı ilə prezident Vladimir Putin Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını geopolitik kontekstdə bir daha gündəmə gətirmək istəyir. Başqa sözlə desək, bir daha münasibətlərin mövcud mahiyyətini daha ucadan səsləndirmək istəyib”.

 

Ə.Əhmədov bu addımı iki dövlətin hərbi-siyasi və hərbi-texniki sahədə əməkdaşlığının davamı kimi qiymətləndirməyin tərəfdarı olduğunu bildirib və əlavə edib ki, sözügedən əməkdaşlığın Azərbaycana qarşı çevrilmiş olmasına inanmaq istəmir: “Çünki Azərbaycanla Rusiya qonşu və dost dövlətlərdir. Diqqət çəkməli və Azərbaycan vətəndaşlarının narahatlıqlarını artıran başqa məqamdır. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında vasitəçi rolunu üzərinə götürmüş ölkə münaqişənin tərəflərindən biri ilə hərbi-texniki əməkdaşlığını (indi isə bu əməkdaşlığı daha da gücləndirmək planları üzərində iş gedir) nizamlama prosesi ilə necə əlaqələndirə biləcək? Belə olan halda vasitəçinin qərəzsiz və obyektiv yanaşması necə təmin edilə bilər?”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar