YAP-dan əsgərin ölmünə münasibət
10 yanvar 2013 21:12 (UTC +04:00)

YAP-dan əsgərin ölmünə münasibət

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Daşkəsəndəki “N” saylı hərbi hissədə vəfat etmiş əsgər Ceyhun Qubadovun ailəsinə başsağlığı verib və bu hadisənin hakim partiyanın da dərindən kədərləndirdiyi bildirilib. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.


M.Qurbanlının sözlərinə görə, bu gün partiyadan olan bir qrup deputat və gənclər mərhum əsgərin yas mərasiminə qatılıblar.

 

Əsgər ölümünün böyük itki olduğunu vurğulayan YAP rəsmisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordu quruculuğuna, əsgərlərin təhlükəsizliyinə çox böyük diqqət yetirilir.

 

Başqa ölkələrdə də orduda bu cür hadisələrin olduğunu xatırladan M.Qurbanlı Respublika Hərbi Prokurorluğunda yaradılan istintaq qrupu tərəfindən başlanan cinayət işini yaxından izlədiklərini bildirib: “Hərbi Prokurorluq operativ işləyir, müvafiq tədbirlərini də görüb. Eyni zamanda Müdafiə Nazirliyi və ölkədə digər bu məsələyə məsul qurumlar tərəfindən də bu işin araşdırılması istiqamətində ciddi iş gedir. Biz partiya olaraq birmənalı şəkildə bu əsgərin hansı şəraitdə, necə həlak olmasının araşdırılaraq nəticənin ortaya qoyulmasını və cinayətkarların cəzalandırılmasını gözləyirik. Əminəm ki, tezliklə araşdırmalar öz nəticəsini verəcək, ictimaiyyət və mərhum əsgərin ailəsi məlumatlandırılacaq. İstənilən halda biz orduda baş verən bütün neqativ halları pisləyirik”.

 

YAP rəsmisi deyib ki, baş verən bu hadisədən kimlərsə sui-istifadə etməməlidirlər: “Çox təəssüf ki, Azərbaycan ordusunda baş verən hər hansı bir hadisə ilə bağlı radikal müxalifət və müəyyən dairələr hakimiyyətə qarşı qərəzli kampaniyalar aparırlar. Ordu bizim ümummilli məsələmizdir və oradakı əsgərlər hamımızın balasıdır. Ona görə də onlarla bağlı baş verən hadisədən bu cür sui-istifadə etmək olmaz. Həlak olan əsgərin üzərindən siyasi kampaniya qurmaq olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823
avatar

Oxşar yazılar