Xocalı soyqırımı sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır
05 fevral 2013 14:16 (UTC +04:00)

Xocalı soyqırımı sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədi ilə virtual aləm-sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib. Bu barədə Lent.az-a İcmadan məlumat verilib.

 

Planlaşdırılan aksiyada xaricdə təhsil alan gənclərimizin və yerli ali təhsil ocaqlarında təhsil alan gənclərin aktiv iştirakı nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq növbəti həftələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ölkədə fəaliyyət göstərən ən nüfuzlu gənclər təşkilatları və eləcə də böyük ali təhsil ocaqlarında təhsil alan aktiv gənclərlə mövzu ətrafında müzakirələr təşkil edəcək və onlara təbliğatın metodikası haqqında məlumatlar çatdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar