"Nepalda bir Azərbaycan vətəndaşı xəsarət alıb" - <span style="color:red;">RƏSMİ
26 aprel 2015 11:16 (UTC +04:00)

"Nepalda bir Azərbaycan vətəndaşı xəsarət alıb" - RƏSMİ

 

Xarici İşlər Nazirliyi (XİN) Nepalda zəlzələ bölgəsində qalmış Azərbaycan vətəndaşlarının durumu ilə əlaqədar açıqlama yayıb. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, XİN-nin təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir:

 

“İlkin məlumata əsasən, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hazırda vəziyyəti yaxşıdır. Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycanın Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar