XİN İrana qarşı sanksiyaların ləğvini alqışladı
18 yanvar 2016 11:47 (UTC +04:00)

XİN İrana qarşı sanksiyaların ləğvini alqışladı

 

Azərbaycanın Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə iyulun 14-ü 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır. 
 

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan XİN bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edir: “Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar