“Avropa Şurası Parlament Assambleyasının yay yarım-sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilən “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir".
Lent.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir. Nazirliyin bəyanatında qeyd olunur ki, "ərazisinin Ermənistan Respublikasının təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin olmasına baxmayaraq, Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir".
Bildirilir ki, bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib.