XİN argentinalı jurnalisti "arzuolunmaz şəxslər" siyahısından çıxardı
27 aprel 2015 10:39 (UTC +04:00)

XİN argentinalı jurnalisti "arzuolunmaz şəxslər" siyahısından çıxardı

Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni 18-23 mart 2015-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, Luis Faraoni Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Azərbaycanın Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının "arzuolunmaz şəxslər" siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.
 

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.
 

L. Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
 

L. Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar