XİN "MTN əməkdaşları" məsələsinə aydınlıq gətirdi
20 oktyabr 2015 18:11 (UTC +04:00)

XİN "MTN əməkdaşları" məsələsinə aydınlıq gətirdi

0

“Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”.

 

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının çalışması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar: “Qarşılıqlılıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar