Xəzəryanı ölkələrin sammiti gələn il Astanada keçiriləcək
13 iyul 2016 19:47 (UTC +04:00)

Xəzəryanı ölkələrin sammiti gələn il Astanada keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü 2017-ci ildə Astanada baş tutacaq.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bu gün Astanada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün nəticələri ilə bağlı bildirib.

 

Nazir deyib ki, sammitin dəqiq tarixi daha sonra dəqiqləşdiriləcək.

 

Xatırladaq ki, sammitin bu ilin payızında keçiriləcəyi açıqlanmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

APA Baycan

Oxşar yazılar