Xəzərin hüquqi statusuna dair növbəti iclas keçiriləcək
20 yanvar 2016 11:35 (UTC +04:00)

Xəzərin hüquqi statusuna dair növbəti iclas keçiriləcək

0

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

 

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.

 

X. Xələfov bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşünün keçiriləcəyini də deyib. O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar