Xarici İşlər Nazirliyində vacib <span style="color:red;">TƏYİNAT
05 noyabr 2015 13:42 (UTC +04:00)

Xarici İşlər Nazirliyində vacib TƏYİNAT

0

Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə Səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən gün İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

Səfir Akşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar