Xaricdə yaşayan vətəndaşlarımızın pensyia təminatı asanlaşdı
24 may 2013 13:15 (UTC +04:00)

Xaricdə yaşayan vətəndaşlarımızın pensyia təminatı asanlaşdı

Bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında"  qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, Sosial syiasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, dəyişiklik xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensyia təminatını xeyli yüngülləşdirib.

Dəyişikliyə əsasən, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının  təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq: "Xaricdə daimi yaşayan  Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş  sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik  nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir”

Yeni Azərbaycan Partiyasının icra  katibinin müavini Siyavuş Novruzov 1995 və 2000-ci illərdə seçilən deputatların pensiyaları arasında fərqin çox böyük olduğunu söyləyib: “Hadi müəllimdən xahiş edirəm ki, bu fərqlərin aradan qaldırılması üçün müvafiq dəyişiklik edilsin”. 

"Əmək pensiyaları haqqında"  qanuna dəyişikliklər qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar