<b>Vitalı Kliçko İlham Əliyevə nadir kitab hədiyyə etdi - <span style="color:red;">FOTO </b>
13 aprel 2017 13:24 (UTC +04:00)

Vitalı Kliçko İlham Əliyevə nadir kitab hədiyyə etdi - FOTO

Prezident İlham Əliyev aprelin 13-də Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib. Lent.az AzərTAc-a isitnadən xəbər verir ki, Vitali Kliçko ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlət başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələr, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

 

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, bu səfəri ilə bağlı ölkələr, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü deyib.

 

Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq prezident İlham Əliyevə təqdim edib.

 

Qeyd edək ki, dövlət başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar