Vidadi İsgəndərovun da şikayəti təmin olunmadı
05 noyabr 2015 17:32 (UTC +04:00)

Vidadi İsgəndərovun da şikayəti təmin olunmadı

0

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı şikayətlərə baxılıb. 
 
APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Vidadi İsgəndərov seçkiqabağı təşviqat hüququnun pozulması ilə bağlı MSK-ya şikayət edib və MSK şikayəti təmin etməyib: “Namizəd Apellyasiya Məhkəməsinin şikayət etsə də, məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb. Namizəd yenidən MSK-ya şikayət edib. Buna görə də hesab edirəm ki, bu şikayətə artıq baxıldığından, qərar qüvvədə saxlanılmalıdır”.
 
V. İsgəndərov isə buna etirazını bildirib. 
 
Sonda MSK şikayəti təmin etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar