Vaşinqtonda Morninqstarla Azərbaycan söhbəti
14 yanvar 2013 17:30 (UTC +04:00)

Vaşinqtonda Morninqstarla Azərbaycan söhbəti

Vaşinqtonda Amerika Azərbaycan Şəbəkəsinin (USAN) həmtəsisçisi və rəhbəri  Bədir Məmmədli, Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin rəhbəri Qədir Şirəliyev və ABŞ-Azərbaycan Ticarət Palatasının əvəzedici rəhbəri S.Sadıqova ABŞ- ın Azərbaycandakı səfiri  Riçard Morninqstarın görüşü olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsi, Amerika-Azərbaycan arasında sosial-mədəni əlaqələrin inkişafı və uğurlu ikitərəfli əlaqələr öz əksini tapıb.

 

Görüş zamanı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın, xüsusilə Barak Obamanın yeni administrasiyasının və  bu ay yeni təyin olunmuş dövlət katibi Con Kerrinin daha fəal iş aparacağına ümidvar olduqlarını ifadə ediblər. Təşkilatların rəhbərləri işğal olunmuş Dağlıq Qarabağa ABŞ-ın birbaşa  yardımı və bu məsələ barədə senator Robert Menendez və Barbara Boxerin qərəzli mövqeyindən narahatlıqlarını ifadə edib, 907-ci düzəlişin tezliklə ləğv olunacağına ümid etdiklərini bildiriblər. İkitərəfli əlaqələrin inkişafına  Azərbaycan-Amerika Cəmiyyətini cəlb etmək üçün yeni üsullara da toxunulub. Amerika Azərbaycan Şəbəkəsinin(USAN) nümayəndəsi Bədir Məmmədli ABŞ-dakı Azərbaycan diasporunun maarifləndirilməsi istiqamətində geniş təbliğat və siyasi fəaliyyətlə məşğul olan USAN- nın  rolu barədə Riçard Morninqstara məlumat verib.

 

Riçard Morninqstar təşkilata göstərdikləri səylərə görə təşəkkürünü bildirib və yaxın gələcəkdə Azərbaycan-Amerika Cəmiyyətinin  nümayəndələri ilə görüşə  ümidvar olduğunu dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar