[b]Uorlik: "Bunlar bizim diqqət mərkəzimizdədir"[/b]
09 aprel 2016 21:05 (UTC +04:00)

[b]Uorlik: "Bunlar bizim diqqət mərkəzimizdədir"[/b]

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında insan haqlarının pozulması xəbərlərindən çox narahatdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında amerikalı həmsədr Ceyms Uorlik bildirib.   

 

“Biz  insan haqlarının pozulması xəbərlərindən çox narahatıq, biz yayılmış şəkillər və məlumatlardan xəbərdarıq. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşmüşük və onlardan baş verənlərə aydınlıq gətirməyi xahiş etmişik”, - deyə Uorlik bildirərək, bu məsələnin Bakı və İrəvanda keçirilən görüşlərdə müzakirə edildiyini qeyd edib.

 

“Bu məlumatlar bizim diqqət mərkəzimizdədir”, - deyə o əlavə edib.  

 

Uorlik, həmçinin, Minsk Qrupunun tərkibində hazırda hər-hansı dəyişiklik edilməsinin planlaşdırılmadığını qeyd edib.   

 

Rusiyalı həmsədr İqor Popov jurnalistlərə açıqlamasında Dağlıq Qarabağdakı qondarma rejimin müəyyən mərhələdə sülh sazişinin bağlanılması üzrə danışıqlara qoşulacağını bildirib.

 

“Biz dəfələrlə demişik ki,  Qarabağ (“DQR”-red.) müəyyən mərhələdə əvvəl iştirak etmədiyi danışıqlar masasına qayıtmalıdır. Biz hesab edirik ki, sülh sazişinin hazırlanmasına keçidə qədər çərçivə sazişinin əldə olunması bunun üçün (“DQR”-in danışıqlarda iştirakı üçün - red.) başlanğıc nöqtə ola bilər”, - deyə o qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar