Tütün məmulatları ilə bağlı yeni qadağalar təsdiqləndi
15 yanvar 2016 01:17 (UTC +04:00)

Tütün məmulatları ilə bağlı yeni qadağalar təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev “Tütün və tütün məmulatı haqqında”  qanuna dəyişiklikləri təsdiqləyib. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə,  sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezidentin aktlarının  “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat versin;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin;

 

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

Ədliyyə Nazirliyinə tapşırılıb ki,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

 

Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanunda  aşağıdakı dəyişikliklər edilib:

 

1. Aşağıdakı məzmunda 14.3.4-1-ci və 15.3.3-1-ci maddələr əlavə edilsin:

 

“14.3.4-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

 

“15.3.3-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;”.

 

2. 16.2.4-cü maddədə “çox olduqda” sözlərindən sonra “, yaxud tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda” sözləri əlavə edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar