Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu gün Azərbaycana gəlib. APA-nın xəbərinə görə, onu Heydər Əliyev Hava Limanında parlamentin vitse-spikeri Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.