Türkiyə Azərbaycan üçün də hərbi pilot yetişdirəcək
23 iyun 2015 13:30 (UTC +04:00)

Türkiyə Azərbaycan üçün də hərbi pilot yetişdirəcək

 

İzmirdə Türk Hava Qüvvələrinin dost və müttəfiq ölkələr üçün hərbi pilot yetişdirəcəyi Çoxmillətli Uçuş Təlim Mərkəzinin açılış olub.

 

APA-nın Türk Hava Qüvvələrinin saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Pakistan Hava Qüvvələrinin rəisi, ordu general Sohail Aman, Sudan Hava Qüvvələri komandiri, general-leytenant Esam-Aldeen Mobarak Habeeb-Allah İbrahim, Makedoniya Hava Qüvvələri Komandiri Metodija Veliçkovski iştirak ediblər.

 

Açılış mərasimindən sonra ABŞ, Azərbaycan, Banqladeş, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Pakistan və Türkmənistan arasında  razılıq Memorandumu imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar