Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib.
Lent.az-ın məlumatına görə, qərara əsasən, “Gəncə şəhər İnternat tipli futbol təmayüllü gimnaziya" Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların siyahısına isə “Akkreditasiya və Nostrifikasiya İdarəsi" əlavə edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.