Tacikistan və Türkmənistan prezidentləri Bakıda
12 iyun 2015 11:18 (UTC +04:00)

Tacikistan və Türkmənistan prezidentləri Bakıda

0

Tacikistanın prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın prezidentini xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

 

Həmçinin, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlib. Onu da hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar