Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” (TİKA) arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanacaq.
Bu barədə Lent.az-a Şuradan məlumat verilib. Hər iki qurumun təmsil etdikləri ölkələrin milli maraqlarının müdafiəsi, QHT sektorunun inkişaf etdirilməsi, sosial, siyasi, elmi, texniki mövzularda informasiya mübadiləsi, təlim proqramlarının təşkili, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.