Müsavat başqanlığına namizəd Səxavət Əlisoy öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürüb.
APA-nın məlumatına görə, S. Əlisoy öz tərəfdarlarını Q.İbadoğluna səs verməyə çağırıb.
S. Əlisoy Müsavat partiyasının VIII qurultayında çıxış edərkən partiyanın fəaliyyətini tənqid edib. O bildirib ki, partiyada komissiyalar olsa da, onların heç bir fəaliyyəti yoxdur:
“İcazəsiz aksiyalar Müsavatın reytinqinə nə qədər təsir edir? İlk aksiyaya 500 nəfər, ikinci dəfə keçirilən aksiyaya 200 nəfər adam gəlir. Azalan xətlə gedən aksiyanın hansı partiyaya xeyri ola bilər?”