Müdafiə Nazirliyi: "Sarkisyan yardım dilənməklə məşğuldur"
22 dekabr 2015 15:44 (UTC +04:00)

Müdafiə Nazirliyi: "Sarkisyan yardım dilənməklə məşğuldur"

"Ermənistanın prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təəssüratını yaradır". Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin bəyanatında bildirilir. Bəyanatda qeyd edilir ki, Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran S.Sarkisyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir.

 

"Dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə "zavallı" xalqına mərhəmət və yardım dilənməklə məşğuldur.

 

Terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə, dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində, terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar