Prezident İlham Əliyev Bayram Əsəd oğlu Səfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, B. Səfərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu mükafata layiq görülüb.