Səməd Seyidov:[b] “Yeni həmməruzəçinin obyektiv mövqe tutmasını arzulayırıq”[/b]
25 iyun 2015 13:04 (UTC +04:00)

Səməd Seyidov:[b] “Yeni həmməruzəçinin obyektiv mövqe tutmasını arzulayırıq”[/b]

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan üzrə yeni həmməruzəçinin təyinatına münasibət bildirib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, S. Seyidov yeni həmməruzəçinin Azərbaycanla bağlı obyektiv mövqedə olmasını arzu etdiklərini söyləyib:
 
“Cənab Pedro Aqramuntun Azərbaycan üzrə həmməruzəçi kimi səlahiyyətləri başa çatdı. Monitorinq Komitəsi bu vəzifəyə cənab Aqustin Kondeni təyin etdi. Biz istəyərdik ki, yeni məruzəçi Azərbaycanla bağlı obyektiv mövqedə olsun. O, hələ yeni təyin edilib və hansısa addımların atılması təbii ki, Monitorinq Komitəsinin işidir. Aqustin Konde AŞPA-da fəaliyyət göstərir, elə bir yaxınlığımız yoxdur, kəskin mövqeyi ilə fərqlənir”.  
 
A. Kondenin Azərbaycandakı vəziyyəti öyrənmək üçün yaxın gələcəkdə ölkəyə səfər etməsinin mümkünlüyünə toxunan S. Seyidov hələlik gündəlikdə belə bir məsələnin olmadığını deyib. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Oxşar yazılar