Səfir ABŞ-dakı seçkilərin Azərbaycana təsirini şərh etdi
09 noyabr 2016 08:59 (UTC +04:00)

Səfir ABŞ-dakı seçkilərin Azərbaycana təsirini şərh etdi

Robert Sekuta prezident seçkilərinin ABŞ-Azərbaycan münasibətlərinə təsirini şərh edib

 

"Biz ABŞ-da kimin prezident seçiləcəyini, yeni administrasiyanı kimlərin təmsil edəcəyini hələ bilmirik. Seçkinin nəticələri məlum olduqdan sonra belə yeni administrasiyanın xarici siyasətlə bağlı öz düşüncələri olacaq".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-da prezident seçkilərinin nəticələrinin ABŞ-Azərbaycan münasibətlərinə gözlənilən təsiri ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

R. Sekuta deyib ki, hətta nəticələr fərqli olsa belə, qanuna əsasən gələn il yanvarın 20-ə qədər Barak Obamanın rəhbərlik etdiyi administrasiya hakimiyyətdə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar