Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibini qəbul edib
15 yanvar 2013 18:22 (UTC +04:00)

Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibini qəbul edib

Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İndoneziya Müdafiə Nazirliyinin baş katibi marşal Eris Herryantonu qəbul edib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Ölkələrarası hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Müdafiə naziri Səfər Əbiyev qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlumatlandırıb.

Baş katib ölkəsi adından Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

Görüş zamanı yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

Görüşdə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Proyono Atiyanto də iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar