Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Səfər Əbiyev Filip Leforla görüşdü
436