Sarkisyan həmsədrlərlə görüşdü
26 oktyabr 2015 23:22 (UTC +04:00)

Sarkisyan həmsədrlərlə görüşdü

0

Oktyabrın 26-da Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiki qəbul edib.

 

APA-nın “Tert.am”-a istinadən xəbərinə görə, bu barədə Ermənistan prezidentinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə idarəsi məlumat verib.

 

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və gələcək addımlarla bağlı məsələləri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar