Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu İsa Qəmbərin “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş rejimlə Müsavat arasında gedir” fikrinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Q.İbadoğlu qafqazinfo-ya deyib ki, İsa Qəmbər tərəf kimi çıxış etməkdə davam edir: “O bununla göstərdi ki, baş verənləri nəinki izləyir, hətta idarə edir. Eyni zamanda ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiya daxili repressiyalara haqq qazandırır. Buna çox təəssüf etdim. Deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib və kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir . Odur ki, Müsavat partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun güclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər”.