Rüstəm İbrahimbəyov: [b]“Azərbaycanlılar erməni xalqı ilə düşmən deyil"[/b]
22 iyun 2015 14:17 (UTC +04:00)

Rüstəm İbrahimbəyov: [b]“Azərbaycanlılar erməni xalqı ilə düşmən deyil"[/b]

“Uşaqlıqda Tolstoyun “Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır”.

Lent.az-ın musavat.com saytına istinadən xəbərinə görə, bu sözləri Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyov “The New Times” qəzetinə müsahibəsində deyib. Tanınmış yazıçı bildirib ki, Krım torpaqları Xruşşov dövründə Ukraynaya keçib: “SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı. Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur”.

İbrahimbəyov müsahibəsində deyib ki, azərbaycanlılar erməni xalqı ilə düşmən deyil və gec-tez mütləq barışacaq: “Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar