Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir
23 yanvar 2013 12:46 (UTC +04:00)

Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir

“ATƏT-in Mİnsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir”.

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin tənzimlənməsinə dair 2007-ci ildə sənəd hazırlayıblar: “Ermənistan həmin sənədi qəbul etdi. Lakin Azərbaycan tərəfi bildirdi ki, bu sənəd onları qane etmir. Daha sonra həmsədrlər 2009-cu ildə ikinci sənəd hazırladılar. Bu dəfə Ermənistan sənədi qəbul etmədi”.

 

Sergey Lavrov Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşünün keçirildiyini xatırladıb: “Bu görüşlərdə Minsk Qrupunun həmsədrləri də iştirak edirdilər. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinə ortaq məxrəcə gəlmək təklif olundu. 2011-ci ilin mayında “Böyük səkkizliyin” görüşündə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edildi. Prezidentlərin Kazan görüşündə isə 2007 və 2009-cu ildə hazırlanan sənədlərin son variantını qəbul etməyə çağırdılar. Lakin təəssüflər olsun ki, bu sənəd qəbul olunmadı. Çünki tərəflər razılığa gələ bilmədilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar