APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Vəziyyət ciddi narahatlıq doğurur. Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq", - deyə o vurğulayıb.