Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında Tehranda görüş bu ilin sonuna kimi keçiriləcək.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.
O bildirib ki, hazırda Rusiya prezidentinin İrana səfəri üzərində iş gedir.